Tatar qızının sevgi hekayəsi
...“Rusiya”
Dövlət musiqili konsert zalının qarşısı mühafizəçilərlə
dolu idi. Paparazilərin girməsinə qadağalar qoyulmuşdu. Zalın divarları boyu
asılmış fotolar iki gəncin uşaqlıqdan gəncliyinə kimi keçdiyi illəri əhatə
edirdi. Dövlət adamlarının da qatıldığı nüfuzlu qonaqların diqqəti bir
nöqtəyə-- xoşbəxtlikdən gözləri parlayan cütlüyə yönəlmişdi. Tatar qızı
Alsu ilə Bakılı yəhudi iş adamı Yanla ailə qururdu…
Bu,
dünyanı xilas edən sevginin gücü idi ki, müsəlman türk qızı Alsu Bakıda
doğulmuş əslən yəhudi iş adamı Yan Abramovla talelərini birləşdirdi. Nağıllar
şahzadəsini xatırladan Alsunun sevgi hekayəsi və toy mərasimi də elə nağıllara
layiq oldu.
