Hər kəs onu şahzadə Diana olaraq tanıyır. Əsilzadə ailədən olan
Diana, təkcə gözəlliyi, təbəssümü ilə deyil, həm də nəcib, xeyirxah əməlləri
ilə hər kəsin ürəyini fəth etib. Babasının ölümündən sonra Diananın atası qraf titulunu
qazanır. Beləliklə də, yeniyetmə qızcığaz
cəmi 14 yaşında Ledi Diana titulunu əldə edir və 8-ci qraf Spenser olur.
Yüksək zədəgan ailəsinə mənsub olmalarına baxmayaraq, Diananın valideynləri
boşanır, bu da istər-istəməz Diananın sonrakı həyatına və formalaşmasına təsir
edir. Bu boşanma ona mənəvi-psixoloji çox pis təsir edir. Boşanmadan sonra evdə
peyda olan ögey ananın varlığı isə onun vəziyyətini ağırlaşdırır. Bununla da
Diana ata evini tərk edərək Londona üz tutur. Böyük şəhərdə Diana uşaq evində
uşaq baxıcısı işləyir və rəfiqələri ilə birgə mənzil tutaraq öz həyatını
qurmağa başlayır.