12 Ağustos 2015 Çarşamba

ƏFSANƏVİ ŞAHZADƏ DİANANIN ƏFSANƏVİ TOYU...

                                   
Hər kəs onu şahzadə Diana olaraq tanıyır. Əsilzadə ailədən olan Diana, təkcə gözəlliyi, təbəssümü ilə deyil, həm də nəcib, xeyirxah əməlləri ilə hər kəsin ürəyini fəth etib. Babasının ölümündən sonra Diananın atası qraf titulunu qazanır. Beləliklə də, yeniyetmə qızcığaz  cəmi 14 yaşında Ledi Diana titulunu əldə edir və 8-ci qraf Spenser olur. Yüksək zədəgan ailəsinə mənsub olmalarına baxmayaraq, Diananın valideynləri boşanır, bu da istər-istəməz Diananın sonrakı həyatına və formalaşmasına təsir edir. Bu boşanma ona mənəvi-psixoloji çox pis təsir edir. Boşanmadan sonra evdə peyda olan ögey ananın varlığı isə onun vəziyyətini ağırlaşdırır. Bununla da Diana ata evini tərk edərək Londona üz tutur. Böyük şəhərdə Diana uşaq evində uşaq baxıcısı işləyir və rəfiqələri ilə birgə mənzil tutaraq öz həyatını qurmağa başlayır.





                         Ovda tanışlıq və möhtəşəm toy

Diananın Çarlzla tanışlığı 1977-ci ilə təsadüf edir. Bu zaman şahzadənin 16 yaşı var idi. Qəribədir ki, onlar tülkü ovunda tanış olmuşdular. Tezliklə İsveçrəyə təhsil almaq üçün yollanan Diana yad mühitə alışmır, yenidən vətənə qayıdır. Sonrakı illər tale Diana və Çarlzı ailə yollarında birləşdirir.
TOY MƏRASİMİ
     1981-ci il 29 iyulda baş tutan möhtəşəm tarixi toy mərasimi təkcə Böyük britaniyanın deyil, bütün dünya mediasının diqqət mərkəzində idi. Vestminister abbatlığında baş tutmuş mərasim öz möhtəşəmliyinə görə seçilirdi. XX əsrin ən əfsanəvi toyu olaraq məşhurlaşan  Diana və Çarlzın toyuna 2,859 milyon funt sterlinq xərclənmişdi. Canlı yayımlanan mərasimi televiziya vasitəsi ilə  750 milyon insan maraqla izləmişdi. Müqəddəs Paul kilsəsində baş tutan nişan mərasimində şahzadəni görmək üçün hər kəs küçələrdə idi.
ŞAHZADƏLİYİN SİMVOLU DİANA

XOŞBƏXT ANLAR

Diananın əfsanəvi gəlinliyi haradadır ?

Diananın gəlinliyi də elə şahzadələrə layiq idi. Britaniya dizayneri Elizabet və David
GƏLİNLİYİN NÜSXƏSİNİN BİRİ MUZEYDƏDİR
 Emanuelin əl işi olan paltar illər keçsə də yenə də öz rəng çaları və modelinə görə bir çoxlarının zövqüncədir. Fil sümüyü rəngində olan gəlinliyin arxası  səkkiz metr uzanırdı. İpək taftdan tikilən gəlinlik antikvar krujeva, əl işi olan işləmələr, almaz, on min mirvari ilə bəzədilmişdi. Şahzadənin toy paltarı həmin dövrə görə, təxminən 9 min fut sterliq dəyərində olub, indi isə dəyəri 25 min fut sterliq olaraq qiymətləndirilir. Maraqlıdır ki, hər ehtimala qarşı, həmin paltarın iki nüsxəsi tikilsə də, xoşbəxtlikdən onlara ehtiyac olmayıb. Hazırda həmin paltarın bir nüsxəsi Londonda madan Tyusso muzeyində qorunub saxlanılır. Dianın toy mərasimində geyindiyi paltar isə Spenser ailəsi, daha doğrusu şahzadənin qardaşı Çarlz Spenser tərəfindən saxlanılır.


Böyük Britaniya krallığı tarixində öz möhtəşəmliyinə görə seçilən toy sahibləri üçün müxtəlif dəyərli hədiyyələr də vardı. Hədiyyələrin sayı təxminən 4 minə çatırdı. Avstraliya höküməti  20 gümüş boşqab, Səudiyyə Ərəbistan Krallığının şahzadəsi sapfir, Yeni Zelandiya höküməti isə yeni cütlüyə xalça hədiyyə etmişdi.


            20 il sonra toy tortu auksionda....

Toy mərasimindən sonra Bukinqem sarayında keçirilən rəsmi qəbul üçün  27 tort hazırlanmışdı.  Ən möhtəşəm tortlar arasında seçilən iki tort  Böyük Britaniya Dəniz Silahlı qüvvələri adından hazırlanmışdı. Lakin tortlardan biri zədələndiyi üçün onu elə  hərbi dəniz mətbəxinin işçiləri arasında paylamışlar.
Maraqlıdır ki, Uels şahzadəsinin Londondaki iqamətgahı Klarens Hausda xadimənin əldə etdiyi tort dilimi 20 il sonra auksiona çıxarılaraq, min funt sterliqə satılıb.

       Şahzadə Diana və Çarlz cütlüyünün Vilyam və Qarri adlı iki oğlu olur. Lakin bu xoşbəxt ailə sona kimi davam etmir. Həyat yoldaşı Çarlzın Kornuol hersoqu Kamilla Parker Boulzla yaxın münasibəti ailədəki sevgini öldürür. Uzun müddət ayrı yaşayan cütlük 1996-cı ildə II Yelizavetanın təşəbbüsü ilə rəsmi olaraq boşanırlar. 1995-ci ilin iyununda  amansız avtoqəza şahzadə Diananın həyatına son qoyur.  

        Həyat davam edir...  Şarlotta Elizabet Diana

ŞAHZADƏ DİANANIN MƏŞHUR ÜZÜYÜ GƏLİNİNDƏDİR
Bu ölüm bir çoxlarını üzsə də, Diana hər zaman yenə də öz nəcibliyi, xeyriyyəçiliyi ilə yaddaşlarda qalır.  Dünyanın bir çox ölkələrində ehtiyacı olan uşaqlara yardım edən, Böyük Britaniyada evsizlərə kömək edən, QİÇS-li xəstələrlə çalışan fondlara dəstək olurdu. Odur ki, “People”, “Time”, “Newsweek” kimi jurnalların üz qabığını Diananın şəkillərini bəzəyirdi. Sorğulara əsasən tarixdə 100 ən tanınmış britaniyalının arasında Diananın adı  üçüncü yerdə qərarlaşıb.

ŞAHZADƏ ÇARLZ VƏ KEYT MİDDLTON
Şahzadə Diananın adının şərəfinə oğlu Vilyam 2015-ci il mayın 2-də dünyaya gələn qızını  Şarlotta Elizabet Diana adlandırıb.


Diananın hər zaman barmağına taxdığı mavi sapfirli unikal üzüyü isə hazırda şahzadə Vilyamın həyat yoldaşı Keyt Middlton  taxır. 





ADLAR VƏ ƏNƏNƏLƏR YAŞAYIR...

Hiç yorum yok:

Yorum Gönder