Masada ördəklər, pulla gəlinlə rəqs, qadın
paltarı geyinən ər...
Hər bir xalqın özünəməxsus toy adət-ənənələri var . Elə bu fərqlilik
və özünəməxsusluq, mədəni müxtəliflik də
dünyanı rəngarəng edir. Bakuwedding bloqu onlardan bəziləri ilə sizləri tanış edir.
Yaponiyada gəlin toy
mərasimi boyu üç dəfə müxtəlif qiyafədə qonaqların qarşısına çıxır. Birinci
dəfə, ağ, ikinci dəfə qırmızı kimanoda görünür. Üçüncü dəfə isə Avropa
üslubunda müasir gəlinlikdə mərasimdə iştirak edir. Bu ölkədə toy hədiyyəsi yarımdairəvi bükülmüş formada vermək adətdir.
Macarıstanda bütün kənd
camaatı sona kimi toy mərasimində həvəslə itirake dirlər. Onlar əvvəlcə gəlinin
evinə gəlir, onu ya bəyin evinə, ya da kilsəyə kimi yola salırlar.
Bəy gəlinə içində pul olan
sumka hədiyyə edir, gəlin isə əvəzində 3 və ya 7 burun dəsmalı hədiyyə edir.
Macarlar üçün 3 və 7 rəqəmi uğurlu hesab edilir. Macar toyunda gəlin “pul
rəqsi” ritualını həyata keçirir. Ayaqqabını otağın ortasına qoyur, bu o
deməkdir ki. Kim onunla rəqs etmək arzusundadırsa, əvvəlcə ora pul salmalıdır.
Keniyada çox məzəli
bir adət var. Belə ki, toydan sonrakı bir ay ərzində ər qadın paltarı geyinir.
Məqsəd qadının ailədə vəzifəsinin və işinin necə ağır olmasını kişiyə
göstərməkdir.
Koreyada toy
mərasimində masada ördəklər iştirak
edirlər Çünki ördəklər həyatları boyu bir-birlərinə sadiq olurlar.
Norveçdə toy
ziyafətinin sonunda gəlin bütün qonaqlara
pendir doğrayıb ikram edərdi. Onun əl qabiliyyətinə əsasən gənc qızın
necə ev xanımı olacağı barədə fikir yürüdərdilər.
Nikabar adalarında
gənc oğlan hansı qızla evlənmək istəyirsə, mütləq qızın evində onun “köləsi”
olmalıdır. Bu, 6 aydan bir ilə qədər davam edə bilər. Həmin ərəfədə oğlanın
özünü necə aparmasından asıı olaraq, ona ərə gedib-getməyəcəyi barədə qərarını
qətiləşdirir.
Meksikada toyun
təşkilatçıları bəy və gəlinin xaç valideynləri olurlar. Toy mərasiminin bütün
xərci də onların üzərinədüşür.
Belçikada gəlin öz
adını burun dəsmalına tikərək onu pzü ilə toy mərasiminə aparır, toydan sonra
çərçivəyə salaraq evliliyi boyu yadigar saxlayır.
Vyetnamda da
sevgililərin iki dəfə toyu olur, birincini bəyin valideynləri, ikincini isə
gəlinin valideynləri təşkil edir.
Venesuelada gənc oğlan
evlənməzdən əvvəl mütləq xaç atasından xeyir-dua almalıdır, Əks halda o xoşbəxt
olmaya bilər.
İtaliyada kilsə
qapıları ipək lentlərlə bağlanıbsa, bu o deməkdir ki, burada nişan və ya nigah
mərasimi gözlənilir. Bu, qırılmazlıq, uzun və xoşbəxt davam edən evliliyə
işarədir.
Almaniyada toy
mərasimindən sonra gənclərin yolunu zeytun budağı ilə bəzəyirlər. İnanca görə
zeytun budağı onlara zənginlik və xoşbəxtlik bəxş edəcək. Toy günü inanca görə,
bəy və gəlinin ciblərinə buğda qoyması onlara xoşbəxtlik və bolluq gətirəcək.
Alman qızları gəlinlik seçərkən və tikdirərkən paltarın mütləq cibi
olmalıdır. Cibə bir tikə çörək və duz qoyurlar ki, ailələri bolluq içində
olsun.
Mərakeşdə gəlinin
toydan əvvəl süd vannası qəbul etməsi adəti var. O eyni zamanda evə ilk dəfə
olaraq daxil olarkən 3 dəfə onu dolanmalıdır.
Cənubi Afrika Respublikasında valideynlər
öz evlərindəki atəşdən yeni evlənən övladlarının evlərinə gətirirlər. Burada
yeni cütlüyün evinin ocağı yandırılır.
Çin də gəlin
xoşbəxtlik və sevinc rəmzi olan qırmızı gəlinlik geyinir.
Nə qədər qəribə olsa da, bu gün dünyada geniş yayılmış bir
adət--qırmızı lentin bağlandığı bakalda şərab içilməsi adəti də Çindən digər
ölkələrə yayılıb.
Hindistanda gəlinin
qardaşı toy mərasimindən sonra gəncləri qızılgül ləçəklərinə qərq edir. İnanca
görə, bununla mənfi ruhlar gənclərdən uzaq olur. Adətə görə, gəlinin atası öz kürəkənini
hörmətli qonaq kimi qarşılayır, qarşısında diz çökür.
Hollandiya da toy
mərasiminin mərasimi xüsu zövqlə hazırlanır. Masada qoyulan konfet “gəlinin
sevinci” , şərab isə “gəlinin göz yaşları” adlanır.
Avstriyada gəlin
fatasını mərsin çiçəyi ilə bəzəyir, bu çiçək həyat simvolu hesab edilir.
Pakistanda toy günü
qız ata evini başında Quranla tərk edir.
Norveçdə cütlüklər
toy günü qapılarının hər iki tərəfinə yolka ağacı əkirlər.
Filippində oğlanla
qızın birliyini göstərmək üçün çiyinlərini ipək şunurla bağlayırlar. Toy
mərasimindən sonra səmaya sülh rəmzi olan göyərçinlər buraxılır.
Hiç yorum yok:
Yorum Gönder