5 Ağustos 2015 Çarşamba

ROMANTIK SƏFƏR ARZULAYANLARA: DÜNYANIN 10 ƏN ROMANTİK ŞƏHƏRİ


   Sevgiliniz sizə gözləmədiyiniz anda sürpriz edir və deyir: “Əzizim, istəyirəm ki, dünyanın ən romantik guşəsinə gedim sənlə” Çətin ki,  romantik ab-havada  sevdiyi insanla vaxt keçirməkdən imtina edən xanım ola!  Odur ki, bu gün qloballaşan dünyada  texnologiyaların inkişaf etdiyi, hisslərin süniləşdiyi bir dövrdə insanların ülvi duyğulara, xoş münasibətə, romantik hisslərin əhatəsində paklaşmasına ehtiyacı artır. Buna görə də, mütəmadi olaraq, turistlərin diqqətini cəlb edən ən inkişaf etmiş  şəhərlər həm də romantik şəhər adı uğrunda bir-biriləri ilə rəqabətə girir. Paris, Buenos-Ayres, Venesiya...




Bu siyahıda sevgi və romantikanın paytaxtı Paris liderlik edir. Efel qülləsi, göz oxşayan parkları, özünəməxsus şəhər arxitekturası sevgililərin hər zaman bura gəlməyə sövq edir.  Parisdə cütlüklərin diqqətini cəlb edən  ən gözəl məkanlar Efel qülləsi, Mulen Ruj, Sevgi  divarı, Erotika muzeyi  və s. məkanlardır.
Romoe və Cülyetta sevgi dastanının yaşandığı əfsanəvi Venesiya şəhərinə love story çəkdirmək, toy etmək və ya bal ayı keçirmək üçün gələn cütlüklər şəhərin qədim arxitekturasının əsirinə çevrilirlər. Şəhərin dar küçələrində , ən mənzərəli məkanlarında gəzinti ömür boyu unudulmaz xatirəyə çevrilir. San Marko meydanında gəzinti, Rialto körpüsündə dayanıb ətrafı seyr etmək və Qrand kanalına tullanmaq bu səfəri daha yaddaqalan edə bilər.
Öz qədim tarixiliyini qoruyan Praqa şəhəri romantik ab-havasına görə sevgililərin sevimli şəhərlərindən biridir.  Karl körpüsü, qotik üslubda olan kilsələr, kiçik evləri ilə bura gələnləri heyran edir. Axşam vaxtı Karl körpüsündə gəzinti və fotosessiya unudulmaz anlar bəxş edir. Üstəlik inanca görə, Karl körpüsündə arzu tutanda o gerçəyə çevrilir. Şəhərin ən romantik məkanı isə Petrşin xolm hesab edilir.
Barselona ilin bütün fəsillərində mülayim havasına görə seçilir. Odur ki, cütlüklər bu şəhərə romantik səyahət üçün daha çox üz tuturlar. La Sagrasa Familia kilsəsi, la Rambla bulvarı, qədim park olan “Labirint orta” ən gəzməli –görməli yerlərdəndir.
Qədim Vyana tarixi körpüləri, dar küçələri və möhtəşəm Dunay çayına görə diqqəti cəlb edir. Dünya şöhrətli bəstəkar Mosartın vətəni olan bu şəhərdə onun ev muzeyi fəaliyyət göstərir. Vyanaya gələnlər mütləq bu evə baş çəkməli, həm də Dunay çayında gəzintinin dadını çıxarmalıdır.
Nyu-York hay-küylü və qaynar şəhər olsa da, romantik şəhərlər arasındadır. Mərkəzi park, Azadlıq Heykəli, Manxetten, Bruklin körpüsü bu şəhərin ən məşhur məkanlarındandır. Tiffanidə kofe içməyin isə ayrı ləzzəti var.
Romantik şəhər sayılan Sankt-Peterburqdan yolu düşənlər Ermitaj muzeyinə baş çəkib, zəngin əsərlərlə tanış ola bilər, Neva çayının  sahilinə tamaşa edə bilərlər. Öpüş körpüsü şəhərin ən məşhur yerlərindən sayılır. İnanca görə, bu körpüdə xüsusilə də körpünün altında öpüşən cütlüklər uzun illər xoşbəxt ömür sürürlər.
Tarixi və qədim məkanları sevməyən cütlüklər üçün Sinqapur maraqlı seçim ola bilər. Buradakı göydələnlər, isti hava və ekzotik bitkilər diqqəti cəlb edir. “Uçan Sinqapur” halqası şəhərin görməli məkanıdır.
Buenos-Ayres  Latın Amerika mədəiyyətini özündə yaşadan romantik  şəhərdir. Məhz bu şəhərdə küçədə tanqo rəqsi etmək, restoranlarda romantik yemək yemək səyahəti daha da yaddaqalan edir. “Kaminito” açıq səma altında muzey şəhərin ən görməli məkanlarındandır.

  Uzaq səfərləri xoşlamayan cütlüklər isə Ukraynanın Lvov şəhərinə yollana bilərlər. 

Hiç yorum yok:

Yorum Gönder