Üzüklər
həmişə cütlüklər arasında sevgi simvolu,
münasibətlərin nişanəsi olub. İllərdir, üzüklər bu missiyasını qoruyub saxlasa
da, zaman keçdikcə, öz forma və dizaynına görə dəyişir və insanları heyrətləndirir.
Odur ki, dövrümüzün ən son dəbinə, insanların zövq və istəklərinə uyğun olaraq,
ən kreativ üzüklər meydana gəlməkdədir. Bakuweddingblogspot bloqu onlardan seçilən modelləri təqdim edir.
1 Daxili qravürü olan model. Qeyri adi yolla evlənmə təklifi etmək istəyirsiz? Üstəlik
həyəcanlı və utancaqsız ? O zaman belə bir üzük köməyə gələ bilər. Bu model
üzüyü xanımın barmağına taxın, daha sonra ehmalca üzüyü barmağından sürüşdürün.
Xanım barmağının üzərinə yazılan “Mənimlə evlən” cülmlədən heyrətlənəcək və sevinəcək.
2 Gözdən əlillər üçün model : Brayl şrifli üzük görmə əngəlli insanlar üçün nəzərdə
tutulub. Bu üzüklə sevdiyi insanın adını, toy mərasiminin tarixini, eləcə də
sevgi etirafını kodlaşdırmaq mümkündür.
3 Üzük içində üzük modeli : Dizayner Qreq Simsin layihəsi olan bu model ağ
qızıl və brilyant qaşlardan ibarətdir.
4 Xatırlatma üzüyü: Bu model evlilik tarixini unudan cütlüklər,
xüsusilə də kişilər üçün daha münasibdir. Yüksək texnologiyaya əsaslanan üzük
özündə evlilik tarixini binar kodu ilə yadda saxlayır, 24 saat ərzində lazım
olan tarixə kimi istilik verir.
5 Gizli təsvirli üzük : Dizayner Luke Jerramın məxsusi olaraq həyat yoldaşı
üçün hazırladığı üzük öz unikallığına görə seçilir. Belə ki, üzüyü günəş
şüasına “tutanda” arxa hissədə cütlüyün təsvirləri görünür.
6 Romantik model : Romantik insanlar arasında xüsusi yazı həkk edilmiş modellər daha
populyardır. Bəyin üzüyündə “ İ love you” (“Səni sevirəm”), gəlinin üzüyündə “İ
know” (“Bilirəm”), eləcə də digər yazılar həkk edilən modellərə daha çox rast gəlmək
olar.
Hiç yorum yok:
Yorum Gönder