28 Temmuz 2015 Salı

BAKILI OĞLANIN EVLİLİK TƏKLİFİ, TOYDA HƏDİYYƏ EDİLƏN PAMPERS VƏ...

  
                              Tatar qızının sevgi hekayəsi

...“RusiyaDövlət musiqili konsert zalının qarşısı mühafizəçilərlə dolu idi. Paparazilərin girməsinə qadağalar qoyulmuşdu.  Zalın divarları boyu asılmış fotolar iki gəncin uşaqlıqdan gəncliyinə kimi keçdiyi illəri əhatə edirdi.  Dövlət adamlarının da qatıldığı nüfuzlu qonaqların diqqəti bir nöqtəyə--  xoşbəxtlikdən gözləri parlayan cütlüyə yönəlmişdi. Tatar qızı Alsu ilə Bakılı yəhudi iş adamı Yanla ailə qururdu…
Bu, dünyanı xilas edən sevginin gücü idi ki, müsəlman türk qızı Alsu  Bakıda doğulmuş əslən yəhudi iş adamı Yan Abramovla talelərini birləşdirdi. Nağıllar şahzadəsini xatırladan Alsunun sevgi hekayəsi və toy mərasimi də elə nağıllara layiq oldu.


                          


  Keçmişə nəzər



Alsu Safina 1983-cü il iyunun 27-də Tatarıstan Muxtar SSR-nin Buqulma şəhərində dünyaya göz açıb. Atası Ralif Rusiya Federasiyası Şurasında Altay respublikasının senator vəzifəsində çalışır. Anası Raziyə İsxakovna arxitektordur. Ailədə bir bacı, iki qardaş olan Alsu  uşaqlıq dövründə yaşadığı çətinlikləri indi də unutmur və hətta öz şəxsi saytında bu barədə yazır: “ Doqquz yaşıma kimi valideynlərimlə, böyükqardaşımla Tümen vilayətində Koqalım şəhərində yaşamışam. Həyat şəraiti çox sərt idi—qışda temperatur mənfi 45 dərəcəyə kimi düşürdü, yayda isə müsbət 40 dərəcəyə kimi qalxırdı. Orda hətta meyvə də yox idi. Bizdə mumda  almalar  satılırdı. O qış vaxtı meyvələrdə tez xarab olmağa qoymurdu. Uşaq bağçasında Yeni il qabağı bizə kağız paketlərdə apelsin və şokolad verirdilər, hansı ki, onları az-az yeyirdim ki, bu zövq bir neçə ay davam etsin.”
Beş yaşında ikən balaca qızcığaz valideynlərindən piano almağa xahiş edir, söz verir ki, onda çalmağı öyrənəcək. Sözünə də əməl edir və həmin vaxtdan musiqi məktəbinə gedir. Sonralar təhsilini xaricdə davam etdirsə də, hər zaman musiqi onun üçün əvəzedilməz olur.
  Alsunun ilk çıxışı 1993-cü ildə  rəfiqəsi Olqanın təkidi ilə İsveçrədə yay düşərgəsində Whitney Houstonun məşhur mahnısı olan “İ will always love you” hiti ilə başlayır.   O, həqiqətən səhnəyə çıxmaq istəyirdi, ancaq içindəki qorxu və utancaqlıq buna mane olurdu. 1998-ci ildə qardaşının toyunda Alsu  bu dəfə rəfiqəsinin anasının təkidi ilə  yenə həmin hiti oxumalı olur. Çünki bu istedadı “Meqapol” prodüsser mərkəzinin rəhbəri, prodüsser Valeriya Belotserkova tanıtmaq lazım idi.  Alsunun həmin ifası barədə sonralar V. Belotserkov yazacaqdı: “ Mən onu bəndin yarısında saxladım. Anladım ki, bu qızıldır.” Beləliklə, bir il sonra 1999-cu ilin fevralında “Qış yuxusu” (“Zimniy son”) klipi ekranlara çıxır və tatar qızı təkcə gözəlliyi ilə deyil, xoş səsi ilə də tamaşaçıların sevgisini qazanır. Bu sevgi və etimad nəticəsində o, 2000-ci ildə Rusiyanı Avroziviya müsabiqəsində  təmsil edir. On altı yaşlı Alsu “Solo” ifası ilə Avropa tamaşaçısının da rəğbətini qazanır və Rusiya ikinci yerə çıxır. Əslində, bunu Alsunun karyerasında ilk ən böyük qələbəsi saymaq olardı.

                        Fanatın evlilik təklifi həbslə nəticələndi

  Alsunun xoş səsi və cazibədarlığı bir çox pərəstişkarlar tərəfindən xoş qarşılansa da, bəzi fanatların aşırı sevgisi onu narahat edib.
Hətta bir dəfə subay vaxtlar müğənninin “mənim yaxın dostum yoxdur” açıqlamasından sonra, bir gəncin onu təqib etməsi onu narahat edir, Alsu mühafizəni daha da gücləndirməli olur.
2008-ci ildə Alsu daha bir fanatla problem yaşayır. Müğənninin spamer fanatı internetdə Alsuved təxəllüsü ilə Alsunun yaxınlarına, dostlarına email ismarıclar göndərir, bloq və forumlarda Alsunun hələ də subay olduğunu qeyd edir, tələbə edi ki, müğənni 2008-ci ilin yayında ona ərə getsin. Bu “evlilik” təklifi həmin fanatın həbsi ilə nəticələnir.

Alsunun atası “Lukoil” şirkətinin sabiq vitse-prezidenti, senator Ralif Safinin isə qızının gələcəyi ilə bağlı fikirləri başqa cür idi; o, tanınmış tennis oyunçusu Marat Safini kürəkən kimi görürdü. Hətta ata arzulayırdı ki, o qızının klipinə çəkilsin. Ancaq bu elə arzu olaraq qalır. Alsu qapalı VİP əyləncə gecələrinin birində gənc Yanla tanış olur. Elə bu tanışlıq onun sonrakı həyatını dəyişir. Müğənni özü müsahibələrinsdən birində tanışlığı barədə qeyd edib ki, onları müğənni Ariana bir məclisə toplayıb. “Ariana yanın ləyaqətindən o qədər danışdı ki, mən əsəbləşdim, hətta xatırladım ki, biz artıq tanışıq.” Ancaq gənc oğlanın öz tərbiyə və ədəbi, üstəlik royal arxasında ifa bacarığı Alsunun fikirlərini tamamilə dəyişir. Alsunun Yanla bağlı ilk təəssüratları bu cür idi: “...Əvvəlcə o məni həddən artıq rəsmi görünüşü ilə təəccübləndirdi. Ancaq belə biri ilə söhbət etməyə
dəyərdi, belə ki, mən onun yumor hissinə erudisiyasına və mükəmməl tərbiyəsinə heyran oldum. Daha sonra eşitdim ki, o royalda çox gözəl ifa edir. Və nəhayət Yana vuruldum…” ( 7days.ru –ya müsahibəsi) Üç aydan sonra gənc iş adamı Alsuya eşqini elan edir, 8 ay sonra isə cütlük toy edirlər.

İlk dəfə olaraq, Alsunun Yanla birgə ictimaiyyət arasına çıxması MUZ TV-nin müğənnini təltifetmə mərasimində baş tutur. VİP lojada oturan cütlük elə o vaxtdan bir çoxlarının diqqət cəlb etməyə başlayır. Alsuya mükafat verilən zaman Yan müğənniyə qırmızı qızılgüllərdən hazırlanmış eni və uzunluğu bir metr olan ürək hədiyyə etməsi isə müğənni üçün gözlənilməz xoş bir sürpriz kimi yadda qalır.  


                         Yan Abramov : Bakılı bəyin nailiyyətləri

1977-ci il dekabrın 4-də Bakıda anadan olan Yan Abramov  orta məktəbi Azərbaycanda bitirib. Orta təhsildən sonra Amerikaya oxumağa yollanan gənc  ingilis, portuqal və ispan dillərini bilir. Basketbola böyük marağı var ki, bu həvəs də ona atası bank rəhbəri Rafael Abramovdan keçib. Nüfuzlu ailədə doğulub-böyüməsinə baxmayaraq, Yan Abramov biznes fəaliyyətinə müstəqil olaraq başlayıb. 2001-ci ildə “Rusiya-Amerika İşgüzar Əməkdaşlıq Şurası”nın yaradılmasında mühüm işlər görüb.  O, həmçinin Moskva Pirotexnika Assosiyasına rəhbərlik edir. Hazırda “Yeni silah texnologiyaları” şirkətinin Direktorlar Şurasının nümayəndəsidir. Şirkət Rusiyada özünümüdafiə sənayesində travmatik silah olan “OCA”nın istehsalında mühüm rola malikdir.

                      Gözlənilən həyəcanlı gün...

Martın 8-i 2006-cı il. Cütlüyün təntənəli toy mərasimi “Rusiya” Dövlət Musiqili Konsert zalında baş tutur. Zalın divarları gümüşü və parçalarla bəzədilir, hər yerdə sevgililərin uşaqlıq şəkilləri, ekzotik meyvələr, canlı orxideya, tülpan və qızılgüllər, ürəklər…
Alsunun gəlinliyi
Beş yüzdən çox qonağın, eləcə də Moskva meri Yuri Luşkovun qatıldığı və altı ay hazırlıqların davam etdiyi toy nəhayət baş tutur. Dünyaca məşhur caz musiqiçiləri George Benson və AİJerreau kimi qonaqların xüsusi dəvətlə məhz bu toyda çıxış etmələri toyun özəlliyini artırır. Rusiya mətbuatının yazdığına görə, yan Abramov bu toya 3 milyon dollardan çox pul xərcləyib. Toyun ən həyəcanlı və təsirli məqamı isə bəy və




gəlinin üzükləri taxması mərasimi olur. Həmin anda Alsunun sevincdən kövrəlib ağlaması və atasının da kövrəlməsi olur.

                                   Alsunun gəlinliyi

Alsunun gəlinliyi, başındakı tacı və makiyajı onu həmin günün  şahzadəsi etmişdi.  Müğənni gəlinliyi üçün  xarici modelyerlərə deyil, yerli mütəxəssislərə üz tutub. Daha doğrusu, gəlinlik Alsunun qardaşının həyat yoldaşı dizayner Yuliya Safina tərəfindən müğənnin istəyinə uyğun  hazırlanıb. Alsunun fil sümüyü rəngindəki gəlinlik o qədər cəlbdici idi ki, üç metrlik uzanan hissəsini gəlinin ardınca zala kiçik qızlar gətirmişdi.


                                          Qeyri-adi toy dəvətnamələri
Qonaqların toya dəvət edilməsi də kifayət qədər unikal idi. Qohumlar və VİP qonaqlar şüşəyə həkk edilmiş dəvətnamələr, dostlar musiqi diski formasında biletlə toya dəvət edilmişdi. Dostlara təqdim edilən diskdəki mahnını isə səbəbkarlar yazıb.
Medianın xüsusi diqqətində olan bu toyda bəy jurnalistləri də yaddan çıxarmamışdı; toyun keçirildiyi məkanın təhlükəsizliyini qoruyan xüsusi mühafizəçilərə tapşıran bakılı bəy  söz vermişdi ki, zala gizli daxil olacaq paparizini tutmağa görə onlara  1000 dollar ödəyəcək.

                 Cütlüyə hədiyyələr:“Bentley”dən tutmuş pampersə kimi…


      Dövlət rəsmiləri başda olmaqla, şou-biznes aləminin tanınmış simalarından tutmuş iş adamlarına kimi nüfuzlu insanların iştirak etdiyi məclis təkcə öz möhtəşəmliyinə görə yox, qonaqların hədiyyə zövqünə görə də seçilib. Alsunun atası cütlüyə şəhəryanı ev, bəyin atası Moskvada Penthouse, bəyin dostları “Rusiya” konsert zalının önündə lentlə bağlanmış “Bentley” markalı maşın hədiyyə edib. Maraqlı hədiyyələr bununla bitmir. Digər qonaqlar gəlinə əsasən brilyant zinət əşyaları təqdim etsələr də, müğənni Oleq Qazmanovun hədiyyəsi seçilib: uşaq arabası və pampers. Necə deyərlər, “Tezliklə övladınız olsun, nənə-babanı sevindirəsiniz!”
Xoşbəxt ailə

Toy qəhrəmanları da öz növbəsində qonaqları hədiyyəsiz qoymurlar. Eksklüziv olaraq, məhz toy üçün səbəbkarların özlərinin hazırladıqları “Miracle” mahnısı diskdə qonaqlara təqdim edilir.

                             Cütlüyün qızları : Safina və Mikella

Toydan sonra cütlük bal ayı üçün qeyri-adiliyi və ekzotikliyi ilə seçilən Fici adlarına üz tuturlar. Toydan sonra Alsunun karyerası ilə vidalaşacağı şayiələri yayılsa da, müğənni öz yaradıcılığını əvvəlkindən artıq həvəs və əzmlə davam etdirir. Hətta  “Samoe qlavnoe” klipini çəkdirəndə müğənni ilk körpəsi olan qızı Safinaya hamilə idi.
2006-cı ilin sentyabrın 7-i cütlüyün ilk körpəsi Vətəndən uzaqda, ABŞ-ın Los Anceles şəhərinin  klinikalarından birində (“Cedar Sinai”) dünyaya gəlir. İlk körpənin gəlişi toydan altı ay sonra baş tutur. Valıideynləri onun adını Safina qoyurlar. Bu ad Alsunun qızlıq soyadı ilə (Safina)  eyni olduğundan müğənninin valideynləri bunu xüsusi sevinclə qarşılayır. Artıq dekabr ayında Alsu qısa müddətə öz bədən forması və çəkisini nizama salır, yeni il proqramlarının çəkilişi üçün Moskvaya yollanır.  Media bu dəfə onun gözəlliyinin və formada qalmağının sirləri barədə yazmağa başlayır. Suallara isə Alsu çox sadə bir cavab verir: “ Ərimin sevgisi və balaca Safina.”
2008-ci il aprelin 29-u isə Alsu ikincə dəfə ana olur. Bu dəfə İsrail klinikalarından birində doğulan qıza Mikella adı verirlər.

                Yanın royal sevgisi, axşam yeməyindən sonra  Şopen....

Alsu üçün ailə dəyərləri olduqca önəmlidir. Tatar ailəsində milli adət-ənənələrlə böyüyən qızın başqa cür olması  qeyri-mümkündür. Uzun müddət ailəsi ilə bağlı məlumatları mediadan gizlədən, xüsusilə də uşaqlarını mediadan uzaq tutan müğənni müsahibələrinin
Alsunun sevimli qızları 
birində buna belə aydınlıq gətirir: Mənim üçün ailə ocağı ən qiymətli şeydir. Mən bu cür tərbiyə almışam, həyatımı başqa cür təsəvvür etmirəm. İlk növbədə həyat yoldaşı və anayam, daha sonra müğənni, aktrisa vəs. Yanla bizim ənənəvi ailəmiz var. əgər ər evdə qazanc dalınca gedirsə, həyat yoldaşı –ocağın qoruyucusudur. Evlilikdə müdafiə olunmaq hissi olduqca vacibdir. Bu cür hissi mən uşaqlıqda atamın möhkəm kürəyi arxasında gizlənəndə yaşayırdım.” 
Alsunun hər baxımdan bəxti gətirib. Bir müğənni üçün həyat yoldaşının incəsənət duyumu olması hər kəsə qismət olmur. Yanın musiqi duyumu,Alsu üçün hər cür dəstəyi buna nümunədir. “ Ərimin musiqi zövqünə güvənirəm. O, axşam yeməyindən sonra royal arxasına keçib Şopendən əsər çalanda mənim ürəyim əriyir. Yan deyir ki, biznesmen olmasaydı, musiqiçi olardı. Qızlarım da musiqi duyumlu uşaqlardır. Oxumaq üçün ürəkləri gedir. ”—deyə müğənni açıqlamalarının birində etiraf edir.

 Xoşbəxt ailə həyatı sürən iki övlad anası Alsunun sevgi hekayəsi bu qədər.








Hiç yorum yok:

Yorum Gönder