10 Haziran 2015 Çarşamba

AĞ EVİN BİRİNCİ XANIMININ AĞLI-QARALI GÜNLƏRİ: OBAMA AİLƏSİNİN SEVGİ HEKAYƏSİ



Bütün dünya onları həmişə bir-birinə sevgi dolu baxışlarla baxan və gülümsəyən  cütlük kimi tanıyır. İlk baxışda çoxlarına elə gəlir ki, onların heç bir problemi olmayıb. Əslində isə … Əslində onlar həyatın çətin sınaqlarından keçiblər, arada ayrılıq da olub, kasıblıq da, söz-söhbət də. ABŞ-ın birinci xanımı Mişel Obamanın simasında bir qadının həyat yoldaşına  göstərdiyi dəstək, eləcə də həmişə simasındakı təbəssüm bu ailənin xoşbəxtliyinin ən böyük açarı hesab edilə bilər.

1989-cu il. Çikaqo şəhəri “Sidley Austin” adlı hüquq kontor  firmasında işləyən . Gənc Mişel LaVon Robinsona rəhbərlik yeni iş tapşırır; o,  təcrübə keçmək üçün qəbul edilmiş Harvard Universitetindən 28 yaşlı məzunu, hüquqşunas, eləcə də Harvard  Universitetinin hüquq fakültəsinin dinləyicisi Barak Obamaya nəzarət etməli, onunla məşğul olmalı idi.Elə ilk andan Mişeldən xoşu gələn Obama Mişelə diqqət göstərməyə başlayır. Lakin bütün cəhdlər boşa çıxır, gənc oğlan bir neçə ay rədd cavabı alır.  Mişellə görüşə nail olmaq üçün güllər, notlar və konfetlərlə öz sevgisini bildirir....






                                          “Mən onu öpdüm və …”

Sonralar isə Mişel Obama etiraf edəcəkdi ki, 28 yaşlı gəncin baxışları  onu  ovsunlamışdı. İlk görüşdə cütlük  Spayk Linin rejissorluğu ilə çəkilmiş “Necə lazımdır elə et” filmini izləmişdilər. Prezident Barak Obama öz xatirələrində Mişellə sevgi münsaibətlərindən, eləcə də ilk öpüşlərindən də yazıb. “ Gələcək həyat yoldaşımla ilk öpüş… şokoladlı idi…”

Bu, ifadə cütlüyün həmin vaxt görüşdüyü Çikaqo kafesinin əməkdaşlarının o qədər xoşuna gəlmişdi ki, həmin kafedə Barak Obamanın  “ Mən onu öpdüm və şokolad dadını hiss etdim.” Sözlərini əks etdirən  xatirə lövhəsi vurulub.

     Qapıda duran kasıblıq, ailəsini təmin edə bilməyən Obama, ayrılmağa hazır Mişel

1992-ci il oktyabrın 3-ü Mişel və Barak ailə həyatı qurdular.  Qarşıda isə onları enişli-yoxuşlu həyat gözləyirdi. Altı ildən sonra Obama ailəsində ilk övladın--Maliyanın dünyaya gəlişi onların sevincini daha da artırır. Lakin ailədəki  böhran gənc ailəni çətin duruma salır. Ciddi ailədə  böyüyüb-boya başa çatan Mişel səliqə-sahmana, təmizliyə öyrənmişdi. Həyat yoldaşı isə corabları hara gəldi, atır,  hər yanda siqaret çəkir, hətta xalçanı, süfrəni də yandırırdı. 
   Gələcək prezidentin, ərinin geyim tərzi onun xoşuna gəlmirdi, əksinə İllions ştatının senatoru kimi şəxsi imicmeykeri olmadığınıa görə  adi işçi kimi geyinirdi. Mişelin ciddi cəhdlərinə cavab kimi Barak Obama: “ Nəyə görə dünyanı dəyişdirməyə çalışdığım məqamda bu cür axmaq fikirlərlə  mənim üzümə durursan?”—deməklə etirazını bildirmişdi. Beləliklə, Mişelin senator ərizin xarici görünüş baxımından daha diplomatik geyimdə görmək arzusu alınmamışdı. 

Zaman keçdikcə, ailənin maddi problemləri başlayır. Mişel analıq məzuniyyətə çıxanda məlum olur ki, Obamanın gəliri ailəni dolandırmağa kifayət etmir. Odur ki, həyat yoldaşı ərini ictimai-siyasi fəaliyyətdən kənarlaşıb hüquq sistemində çalışmaq üçün dilə tutur. Sonralar həmin çətin illər barədə yazacaqdı: “ Biz kilsə siçovulları kimi çox kasıb idik.” Obamanın hüquq sahəsində çalışması ailənin maddi durumunu yaxşılaşdıra bilərdi. Ancaq o, enişli-yoxuşlu 

bir yolu—siyasi karyerasını seçir.

                Obama həyat yoldaşını necə məsləhətçi seçir?

 2001-ci ildə ailədə ikinci qız övladı Saşa dünyaya gəlir. Vəziyyət daha da gərginləşir. Mişel ailəsini dolandıra bilməyən Obamadan ayrılmağa hazır idi.
Hətta boşanma məsəsləsi gündəmdə idi. Lakin  3aylıq Saşanın virusa yoluxması və 3 sutka ölümcül vəziyyətdə xəstəxanada yatması vəziyyəti dəyişir. Cütlük bir müddət umu-küsünü unudur. Çətinliklərdən sonra Barak Obamanın verdiyi ən böyük qərar xanımı Mişeli  siyasi karyerasına daxil etməsi olur. Belə ki, Obama ən həssas məsələlərdə məsləhətləri bundan sonra Mişel Obama dan alacaqdı. Əvvəllər Mişel ərinin  siyasi karyerasına o qədər əhəmiyyət vermirdisə, bundan sonra yəqin etdi ki, siyasi karyera Obama üçün olduqca önəmlidir.
Çətin günlər Obama üçün də bir dərs olur. O ailənin nə qədər önəmli olduğunu bir daha yəqin edir. Barak Obamanın ABŞ Prezidentliyinə seçkilərdə qalib gəlməsindən 3 gün sonra  siyasi fəaliyyətdən uzaqlaşır. Səbəb isə sadə idi; o, bir qızının futbol matçına, digərinin isə rəqs konsertinə qatılır.  Ağ Evin təmsilçiləri isə bu hadisəni jurnalistlərə bu cür izah etdirlər: “Prezident bu cür tədbirlərdə iştirak etməyə borcludur”

 Seçkiöncəsi görüşlərdən tez çıxan Barak restoranda...

Əslində, Barak Obamanın siyasi karyerasının zirvəsinə çatmasında və ondan sonra da  Mişel Obama ona hər sahədə dəstək olur.  Bu sevgi təbii ki, qarşılıqlı idi. Hətta onun partiya yoldaşları prezident seçkisiöncəsi gərgin hazırlıq görüşlərində ən gərgin və məsuliyyətli vaxtda Obamanın  tez görüşü tərk etməsinə  təəccüb edirlər. Ancaq  səbəb sadə idi. Yenə də sevgi və ailə!
Obama seçki öncəsi gərgin görüşlərdən  birindən qaçıb evlilik ildönümləri münasibətilə restoranda masa sifariş edir. Halbuki həmin gün ABŞ prezident seçkilərindən Obamanın rəqibi olan Con MakKeyninin həyat yoldaşı Sindinin doğum günü idi. Sindi məyus olmasın deyə, valideynləri ona ərinin adından açıqca və hədiyyə göndərmişdilər. Onu rəqibindən fərqləndirən də Obamanın ailəsinə bağlı mənəvi və şəxsi keyfiyyətləri idi. Bəlkə də onun həyatda uğur qazanmasının açarı da xanımı Mişelə olan sevgisidir.


“Hər bir uğur qazanan kişinin arxasında bir qadın dayanır”—deyimini ABŞ-ın birinci xanımı Mişel Obamaya aid etmək olar. Təsadüfi deyil ki, 2010-cu ildə “Forbes” jurnalı onu dünyanın ən nüfuzlu qadını adına layiq görmüşdü.
ABŞ cəmiyyəti Mişel-Barak Obama cütlüyünü xoşbəxt
bir ailə kimi görür və qəbul edir. Bu iki insanın həyatın bütün sınaqlarına baxmayaraq, istənilən məqamda bir-birlərinə sevgi ilə baxıb gülümsəməsi tək sadə amerikalılarda deyil, əksər insanlarda istər-istəməz xoş duyğular oyadır.  Böyük kütlə qarşısında sevinc və həyəcanından Barak Obama ilə qucaqlaşıb öz sevinc duyğularını bölüşməsi heç də az olmayıb.  Əlbəttə ki, diplomatik etiketdən bəzən qırağa çıxan bu anlar bu sevgidən və səmimiyyətdən irəli gəlir və sadə insanlar tərəfindən normal qəbul edilir.


                           


Sevginin gücü də bəlkə də elə budur: Gülümsəyin.








                             






.




Hiç yorum yok:

Yorum Gönder