9 Haziran 2015 Salı

"O NƏ TOY İDİ, DARIXDIM"--SÖZÜNÜ EŞİTMƏMƏK ÜÇÜN NƏ ETMƏLİ ?!


                   Qonaqlar hər zaman sizin toydan danışsın


Hər kəs toyunun özəl və yaddaqalan olmasını arzulayır. Adətən toydan sonra cütlüklər qohumlardan, dost-tanışlardan “toy necə keçdi?”, “ Toy  xoşunuza gəldimi?”kimi narahatlıqla soruşurlar. Bəs toyunuzun təkcə sizin deyil, qonaqların yaddaşında da xoş iz qoyması üçün nələr etmisiniz? Bu sualı yəqin ki, aranızda az gənc özünə verib. Odur ki, toyunuzun qonaqların yaddaşında ən unudulmaz gün kimi yazılmasınə istəyirsizsə, aşağıdakı bəzi yaradıcı ideyaları nəzərdən keçirin. 



Maraqlı ssenari
Müasir dövrdə standart toy mərasimindən çox gənclər şikayət edirlər. Odur ki, bir çoxları öz toy mərasimində yeniliklər etməyə cəhd edirlər. Bunlar arasında ssenarinin yazılması çox mühüm yer tutur. Gənclərin  fikir və ideyalarını əks etdirən ssenarinin tərtibində onlara dostları da yardım edə bilər. Və ya bu işi yaxşı bilən yaradıcı insanlar da cütlüklərə dəstək ola bilər. Bir sıra milli toy adətlərimizi də yaşatmaq müasir toylara rəng qata bilər. Elə bəyin oğurlanması kimi. Dostları bəyi oğurlayır və əvəzində qonaqlardan "Yallı" oynamasını istəyirlər. Ta ki, bəy gəlib onlara qoşulana kimi. 

Məkan seçimləri

Bu gün Avropada yaz və yay aylarında daha çox açıq havada toy keçirməyə üstünlük verirlər. Bu, dəb halını alıb. Sadə və şirniyyat masası ətrafında rəqslərin müşayiəti ilə keçən toy məclisi həmin günün qəhrəmanlarının ən xoş günü kimi yadda qalır. Məkan seçimi cütlüklərin arzu və fantaziyasından asılıdır. Bu, gəmi, yaşıllıq bir çəmən, dənizkənarı sakit bir məkan, ən çox arzuladığınız şəhər, Romeo və Cülyettanın vətəni Venesiya, Gürücstanda "Sevgi şəhəri" kimi tanınan və 24 saat Nikah idarəsinin hamıya, elcəə də əcnəbilərə açıq olduğu Siqnaxi,  sevgi eləcə də dənizlə əhatə olunmuş bir ada  və s. ola bilər. Seçim sizindir.

Dilək üçün guşə
Toya gələn qonaqların hər biri gənclərə xoş arzular bəsləyir. Ən yaxın dostlar, qohumlar çıxış edərək təbrik edirlər. Lakin heç də hər kəsin auditoriyada çıxış etmə qabiliyyəti olmur. Ya da çəkinir çıxış etməyə. Odur ki, belə qonaqlar, xüsusilə də cütlüklərin dostları üçün ən ideal vasitə rəngli qələmlərlə öz arzularını yazılı formada çatdırmaqdır.  Bu işdə dilək guşələri köməyə çata bilər. Dilək guşəsi yaratmaq o qədər də çətin deyil.  Böyük plakat üzərində təbriklərinizi yaza bilərsiniz. Və ya dilək guşəsinə qoyulmuş foto albomun (dilək dəftərinin) bir hissəsinə  qonaqlar arzularını yaza bilərlər. İllər sonra, həmin albomu  və ya dilək dəftərini əlinizə alanda yaxınlarınızın xoş sözləri sizi nostalji duyğular aləminə aparacaq. Dilək guşəsini salonun girişində təşkil edə bilərsiz. Toydan çıxanlar öz arzularını yaza bilərlər.
Toya dəvət etdiyiniz qonaqların arzu və diləklərindən, sürprizlərindən ibarət şən və duyğulu bir videoçarx hazırlamaq mümkündür. Həmin videoçarxda sizi sevənlər toyunuza sürprizləri təqdim edəcək. Özü də ən gözlənilməz tərzdə və məqamda. Təəccüblənəcək və xeyli xoş duyğular yaşayacaqsınız.
Video təbrik çarxları
Hər kəs ən çox sevdiyi dostunun və qohumunun ən şad günündə yanında olmasını istəyir. Bu da təbiidir. Ya həmin adam xaricdədirsə? Ya da iştirak edə bilmirsə?! Təəssüflənməyin. O, öz ürək sözlərini bir videoya çəkib internet vasitəsilə sizə göndərə bilər. Beləliklə, uzaqda olan insanlar da toyunuza bu cür rəng qatacaq.
Rəqs yarışmaları
Toyun maraqlı olması və qonaqların darıxmaması üçün rəqs yarışmaları keçirilə bilər. Bu, gənclər, uşaqlar, qohumlar arasında keçirilsə, kiçikdən tutmuş böyüyə kimi hər kəsin ürəyincə olar.
Bəy və gəlin rəqsi
Özəlliklə toy üçün seçilmiş bəy və gəlin rəqsinin maraqlı ifası toyun kulminasiya nöqtəsi ola bilər. Odur ki, rəqs musiqisini seçərkən, zövqünüzü, bacarığınızı və yerli auditoriyanı, toyun keçiriləcək məkanını nəzərə alın. Ancaq sizin toyunuza aid rəqs mahnısı istəyirsizsə, illər sonra “bu bizim mahnımızdır”—demək arzusundasınızsa, o zaman bəstəkar və mahnı sözlərini yaza bilən şair tapmalısınız. Məncə, bu işdə həvəskar və istedadlı gənc şairlər sizə kömək olar.
Ideyalar çoxdur, bu sadəcə onların bir hissəsidir.  Sizin 

Hiç yorum yok:

Yorum Gönder