31 Mayıs 2015 Pazar

TOYA DƏVƏTNAMƏ VAR?!


                          Ən maraqlı toy dəvətnamələri

Toya hazırlaşırsız? Bu şad gündə yaxınlarınızın, dostlarınızın yanında, olmasını və onlarla sevincinizi paylaşmaq istəyirsiz? O zaman onları həyatınızın ən vacib gününə dəvət edin. Ancaq bu dəvət elə formada olmalıdır ki, dostlarınıızın da yadında ömür boyu yadında qalsın. Dəvətnamələr, bəli. Düz anladınız, bloqumuzun ilk yazısında dəvətnamələrdən, müxtəlif forma və dizaynlı, göz oxşayan  dəvətnamələrdən danışacağıq. 

Bu gün müasir dövrdə əksər dünya ölkələrində toy dəvətnamələri öz dizayn və məzmununa görə il keçdikcə, yenilənir, toya hazırlaşan və yenilik etmək, fərqlənmək  istəyən  cütlüklərin arzusuna uyğun olaraq, yeni ideyaları özündə birləşdirir. Dəvətnamələrin tərtibatı, dizayn və məzmunu onu hazırlayan şirkətlərin öz yaradıcılıq potensialından, eləcə də bu sahədə tələbatdan çox asılıdır.
Dünyanın ən öndə gedən şirkətləri  ən qeyri –adi ideyaları və yaradıcılıq baxışları ilə dəvətnamə dizaynında mütəmadi olaraq yeniliklər edirlər.
                                  Dəvətnamələrin tarixçəsi
Bəs görəsən,  toy dəvətnamələri necə meydana gəlib?
XX əsrdən başlayaraq, populyarlaşan toy dəvətnamələri ilk başda kalliqrafik imza ilə yazılmış mətndən ibarət idi. XIX əsrdə dəvətnamələr əlyazma ilə hazırlanırdısa, zaman keçdikcə növbəti əsrdə çap edilmiş kart formasında hazırlanmağa başlandı. İkincid Dünya müharibəsindən sonra isə qonaqlara toy dəvətnamələrinin paylanması daha da populyarlaşdı.
Çar Rusiyası dövründə   toya qonaqları dəvət etmə ənənəsi var idi. Belə ki, həmin dövrdə rus dvoryanları Avropa dvoryanlarından gyeni bir ənənəni—toy açıqca dəvətnaməsini götürərək istifadə etməyə başladılar.
Sovet dövründə də davam edən toy açıqcaları ənənəsi insanların diqqətində olmuş, əsasən  gül təsvirləri olan açıqcalar dəbdə olmuşdur.




                              Azərbaycanda istifadə edilən açıqca modelləri

Uzun illər Azərbaycanda toy dəvətnamələri əsasən ənənəvi modellərdə istifadə edilib.   Toy edən cütlüklərin əksəriyyəti toyun keçiriləcəyi  məkanın özünəməxsus dəvətnamələrinə  üstünlük verirlər. Bu, həm başları toy hazırlıqlarına qarışan gəncləri dəvətnamə modellərini seçmək qayğısından qurtarır, həm də əlavə olaraq, açıqcalara vaxt ayırmasından xilas edir. Ancaq hər zaman digərlərindən fərqlənmək istəyən, ömürlərinin ən sevincli günündə hər bir detalın qeyri-adi olmasını arzulayan gənclər toy dəvətnamələrinin seçiminə də diqqət edirlər. Çalışırlar ki, dəvətnamələri qonaqlarda istər məzmunu, istərsə də modelində həm xoş duyğular oyatsın, həm də yadda qalsın.
İnternetdə kiçik araşdırmalar zamanı Azərbaycanda da dəvətnamələrin hazırlanması ilə məşğul olan bir neçə şirkətin fəaliyyət göstərdiyini öyrəndik.

   Koza şirkəti: Həyatınızın ən xoşbəxt günü üçün













Bu ideya ilə Azərbaycanda fəaliyyət göstərən “Koza” toy dəvətnamələri, təbrik açıqcaları, imza dəftərləri, eləcə də digər əlamətdar hadisə və bayramlara özəl dəvətnamələrin  istehsalı ilə məşğul olur. Şirkətin Bakıda fəaliyyət göstərən nümayəndəliinin saytında  müxtəlif dizayn və məzmunda toy dəvətnamələri və açıqcalarına rast gəlmək olar. (http://kozabaku.com/) Qeyd edək ki, Türkiyədə məşhur olan “Koza” şirkətinin Bakıdakı  nümayəndəliyi  2003-cü ildə açılıb. Hazırda iki “Koza” salon mağazası fəaliyyət göstərir.

    Best cards
Şirkət cütlüklərə müxtəlif çeşidli toy dəvətnamələri təklif edir. (bestcards.az) Geniş seçim imkanına malik cütlüklər ənənəvi klassik açıqcalar, əl işi olan zərif dəvətnamələr, papirus şəklində hazırlanmış bükmə kağızlar, strazlarla bəzədilmiş qanadlı və dəbdəbəli kəpənəklər, taxtadan hazırlanmış mini mücrülər, zərif naxışlarla bəzədilmiş ipək açıqcalarla öz əlamətdar günlərini unudulmaz edə bilərlər. 



Add caption
Ən qeyri-adi, göz oxşayan dəvətnamənin seçilməsi toya dəvət edilən insanlar da ən xoş duyğular oyatmaqla yanaşı, silinməz xoş xatirələr oyada bilər. Odur ki, dəvətnamə seçimi çox önəmlidir.
Toyunuzun yaddaqalan və özəl olması üçün ilk olaraq, dəvətnamə seçimindən başlayın. Qoy həyatınız  elə ilk andan gözəl başlasın.

                                                                                                         Əfsanə Ələsgərli




                                                                                                   
















Hiç yorum yok:

Yorum Gönder