20 Kasım 2017 Pazartesi

Toy, toy toydur bugün?!

                                     Toy sərgisindən təəssüratlar

Müxtəlif zərif güllərdən bəzənmiş dekorasiyalar, rəngarəng və cürbəcür formalı və dizaynda dəvətnamələr,   xüsusi zövqlə bəzədilmiş süfrə nümunələri, tortlar və ən əsası gəlinlik və bəy geyimləri. Bircə qalır toya hazırlaşan cütlüklərin özəl günlərini   yaddaqalan etməsi üçün özəl şirkətlərin təqdim etdiyi imkanlardan faydalanmaq və özəl günü yaddaqalan və özünəməxsus şəkildə keçirmək.























Abşeron JW Marriot oteldə təşkil edilmiş toy sərgisi toya hazırlaşan cütlüklər üçün əsl fürsət oldu. Sərgi iştirakçılarının marağına səbəb olan sərgidə özəl şirkətlərin xüsusi günlər--toylar üçün nəzərdə tutulmuş dekorasiyaların, əl işlərinin təqdimatı diqqət cəlb edirdi. Bir neçə saatlıq sanki sehrli nağıllar aləminə düşmüşdüm.














   Özəl toy dəvətnamələri

Sərginin bir bölümündə müxtəlif dizayn və ölçüdə dəvətnamələr nümayiş edilirdi. Toya hazırlığın bir elementi hesab edilən dəvətnamələrdə ən çox diqqət cəlb edən onların dizaynındakı rəngarənglik oldu.





 Toyun şirinlik payı : Tortlar

Nümayiş olunan tortlar istər böyüklüyü, istərsə də dekorasiyasına görə seçilirdi. Toy və özəl günlər üçün nəzərdə tutulan tortların geniş çeşidləri vardı.























Gəlin olmaq istəyənlərin sevimli məkanı: “Wedding Gəlinim” butiki





















Sərgidə daha çox marağa səbəb olan pavilyon isə “Wedding Gəlinim boutique”in pavilyonu oldu.  Gəlinlər üçün müxtəlif rəngdə və formada saç aksesuarları və peşəkar ustalar tərəfindən edilən makiyaj xanımların ürəyincə oldu. Odur ki, müxtəlif aksesuarlarla pavilyonda foto və selfi çəkilişi ilə hamı kimi mən də bu günü əbədiləşdirdim.                                                    


 

Bundan başqa,   sərgidə nümayiş edilən və səliqə ilə açılmış  süfrə mədəniyyəti də, masa dekorasiyaları da ən xırda detalına kimi diqqət cəlb edirdi.
Rəngarəng güllərdən bəzədilmiş müxtəlif formalı dekorasiyalar nağıllar aləmini xatırladırdı. Məncə, insanın özəl günün elə nağıllar aləmi kimi keçməsi üçün burada hər cür imkanlar var. Bircə qalır, özəl şirkətlərin təqdim etdiyi imkanlardan  yararlanmaq və toy gününü təyin etmək.

Bir mahnıda deyildiyi kimi, “ Toy, toy, toydur bugün, bizim evdə toy bugün!...






Hiç yorum yok:

Yorum Gönder