29 Temmuz 2015 Çarşamba

ƏN KREATİV NİŞAN VƏ TOY ÜZÜKLƏRİ

Üzüklər həmişə  cütlüklər arasında sevgi simvolu, münasibətlərin nişanəsi olub. İllərdir, üzüklər bu missiyasını qoruyub saxlasa da, zaman keçdikcə, öz forma və dizaynına görə dəyişir və insanları heyrətləndirir. Odur ki, dövrümüzün ən son dəbinə, insanların zövq və istəklərinə uyğun olaraq, ən kreativ üzüklər meydana gəlməkdədir.  Bakuweddingblogspot bloqu onlardan seçilən modelləri təqdim edir. 


           



28 Temmuz 2015 Salı

BAKILI OĞLANIN EVLİLİK TƏKLİFİ, TOYDA HƏDİYYƏ EDİLƏN PAMPERS VƏ...

  
                              Tatar qızının sevgi hekayəsi

...“RusiyaDövlət musiqili konsert zalının qarşısı mühafizəçilərlə dolu idi. Paparazilərin girməsinə qadağalar qoyulmuşdu.  Zalın divarları boyu asılmış fotolar iki gəncin uşaqlıqdan gəncliyinə kimi keçdiyi illəri əhatə edirdi.  Dövlət adamlarının da qatıldığı nüfuzlu qonaqların diqqəti bir nöqtəyə--  xoşbəxtlikdən gözləri parlayan cütlüyə yönəlmişdi. Tatar qızı Alsu ilə Bakılı yəhudi iş adamı Yanla ailə qururdu…
Bu, dünyanı xilas edən sevginin gücü idi ki, müsəlman türk qızı Alsu  Bakıda doğulmuş əslən yəhudi iş adamı Yan Abramovla talelərini birləşdirdi. Nağıllar şahzadəsini xatırladan Alsunun sevgi hekayəsi və toy mərasimi də elə nağıllara layiq oldu.